2018-ci ilin yanvar ayında Azərbaycana $746,3 min dəyərində yük avtomobilləri idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə respublikaya 73 ədəd yük avtomobili (artım 78%) idxal olunub.
Bundan başqa, cari ilin yanvar ayında $114,6 min dəyərində avtobus idxal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 72,9% çoxdur. Hesabat dövründə ölkəyə 4 ədəd avtobus (artım 33,3%) gətirilib.
Hesabat ayında Azərbaycana 908 ədəd minik avtomobili idxal olunub ki, bu da ötən ilin yanvar ayının göstəricisindən 2,2 dəfə çoxdur. Ölkəyə gətirilən minik avtomobillərinin dəyəri açıqlanmır.*
B.Rüstəmbəyov