Novruz bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə 140 mindən çox sərnişin daşınıb. Bu barədə BBAK-nin məlumatında deyilir.
“Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində çalışıb. Adi vaxtda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salındığı halda, bayram günlərində 5,2 mindən çox reyslə 140 mindən çox sərnişin daşınıb”, - məlumatda qeyd olunur.
Bayram günlərində ən çox sərnişin sıxlığı martın 19-da müşahidə olunub. Həmin gün 700-dən artıq reyslə 18,8 mindən çox sərnişin yola salınıb.
2017-ci ildə Novruz bayramı günlərində 4,866 min reyslə 123 mindən artıq sərnişin daşınıb. **
N.Abbasova