Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə Təhsil Nazirliyinə 4,172 mln. manat vəsaitin ayrılmasını tapşırıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çərşənbə axşamı dövlət başçısının saytında Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam dərc olunub.
Qeyd edilən vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılıb. **
A.Əzizov