Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 28-də Ankaraya rəsmi səfərə gedib. Bu barədə nazirlikdən məlumat verilir.
“Z.Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək”, - məlumatda deyilir.
Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Z.Həsənovun səfəri Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə həyata keçirilir. **
F.İsazadə