“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) dünya bazarında neftin qiyməti ilə bağlı ciddi dəyişikliklər gözləmir. Bunu şirkətin rəhbəri Zaur Qəhrəmanov “Anadolu” agentliyinə müsahibəsində deyib.
«Neftin qiymətinin uzun müddət indiki səviyyədə qalacağını güman edirik. Neftin qiymətində böyük artım və ya azalma gözləmirik. Proqnozlarımıza görə, neftin bir barelinin qiyməti $65-70 arasında dəyişəcək», - deyə o bildirib.*
N.Abbasova