Aprelin 10-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu keçirəcək. Bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasından məlumat verilir.
Forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq Berlin Partnerfür Wirtschaft und Technologie GmbH şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.
“Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirmək və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir”, - məlumatda qeyd edilir.
Forum çərçivəsində tibb, turizm və İT sahələrində fəaliyyət göstərən Azərbaycan və Almaniya müəssisələrinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.
“Forum yeni biznes imkanları əldə etmək, yeni layihələrlə tanış olmaq və səhiyyə sahəsində Alman-Azərbaycan əməkdaşlığını genişləndirməyə imkan yaradacaq”, - məlumatda vurğulanır.
N.Abbasova