İran prezidenti Həsən Ruhani bu gün Azərbaycana ikigünlük səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
“Səfər çərçivəsində H.Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
Bundan başqa, əməkdaşlığın genişləndirilməsinə dair sənədlərin, o cümlədən İran ərazisində dəmir yolunun tikintisi üçün Azərbaycan tərəfindən bu ölkəyə $500 mln. məbləğində kreditin ayrılmasına dair sazişin imzalanması planlaşdırılır.*
A.Əzizov