Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
“Martın 28-də Ankarada Z.Həsənov və H.Akar iki ölkə arasındahərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə ediblər”, - nazirliyin məlumatında deyilir.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar. **
F.İsazadə