Suriya və Yəməndə münaqişələr yalnız siyasi yolla həll olunmalıdır. Bunu İran prezidenti Həsən Ruhani deyib.
“Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır”, - H.Ruhanı Azərbaycan prezidenti Ilham Əliyev ilə mətbuata bəyanatlarla çıxışında bildirib.
H.Ruhani vurğulayıb ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. “Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”, - o əlavə edib. **
A.Əzizov