Səhiyyə Nazirliyi diabet xəstələri üçün nəzərdə tutulan 29 mln. 192,076 min manatlıq tibbi təyinatlı vasitələr və dərmanlar alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi 2018-ci ilin fevral ayında "AvroMed Company" QSC ilə diabet xəstələri üçün preparatların və tibbi təyinatlı vasitələrin alınması haqqında müqavilə bağlayıb", - deyə məlumatda bildirilir.
Satınalmalar müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.
2018-ci il dövlət büdcəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi üçün 36,3 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.*
B.Rüstəmbəyov