Azərbaycan 2018-ci ilin yanvar ayında "Şahdəniz" yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 594,15 mln. kubmetr qaz ixrac edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 0,6 % çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Yanvarda Türkiyəyə qaz tədarükünün ümumi həcminin 9,563%-i Azərbaycan qazının payına düşüb.
Hesabat ayı ərzində bu ölkəyə 6 mlrd. 216,51 mln. kubmetr qaz ixrac edilib (2017-ci ilin yanvar ayı ilə müqayisədə artım 5,1%).
2017-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 542,39 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.**
N.Abbasova