Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda minaların və partlamamışhərbisursatın zərəsizləşdirilməsi ilə məşğul olan The HALO Trust beynəlxalq təşkilatın avtomobili minaya düşərək partlayıb.
İnsident cümə axşamı səhər saatlarında baş verib.
“Üç nəfər həlak olub, iki nəfər yaralanıb. Onların şəxsiyyəti və vətəndaşlığı dəqiqləşdirilir”, - agentliyin həmsöhbəti bildirib.
Açıq mənbələrdən verilən məlumata görə, The HALO Trust Böyük Britaniya və ABŞ-da qeydiyyatdan keçən, minaların və partlamamışhərbisursatın zərəsizləşdirilməsi ilə məşğul olan humanitar qeyri-kommersiya təşkilatıdır. **