Ədliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ildə 877 uşaq övladlığa götürülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verlib.
"2016-cı illə müqayisədə 2017-ci ildə övladlığa götürülmüş uşaqların sayı 13,5% artıb. Onların 466 nəfərini oğlanlar (artım 15,9%), 411 nəfərini qızlar (artım 10,8%) təşkil edib", - deyə məlumatda bildirilir.
Statistik məlumatlara görə, övladlığa götürülmüş 420 uşaq 3, 172 uşaq 3-5, 167 uşaq 6-10, 118 uşaq isə 11-17 yaşlarında olub.
Ötən il əcnəbilər tərəfindən 28 uşaq övladlığa götürülüb ki, onların da 12-si qızdır.
2017-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən övladlığa götürmənin ləğv edilməsi barədə 58 qərar çıxarılıb.*
B.Rüstəmbəyov