Azərbaycanda, o cümlədən Bakı şəhərində çoxlu sayda erməni yaşayır və onlarla azərbaycanlılar arasında heç bir problem yoxdur. Bunu Prezident Administrasiyasının nümayəndəsi Ceyhun Məmmədov deyib.
"Bakıda çoxlu sayda erməni yaşayır və onlarla azərbaycanlılar arasında heç bir problem yoxdur”, - deyə o, bu gün “1918-ci il - azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırım, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.
PA nümayəndəsinin sözlərinə görə, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. Kilsədə erməni dilində 5 minə yaxın ədəbiyyat var. Kilsə və həmin ədəbiyyat Azərbaycan dövləti tərəfindən qorunur.
C.Məmmədov vurğulayıb ki, ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni abidələri dağıdılıb. “Biz Şuşa məscidinin təmirinin arxasında da siyasi məqsədlərin dayandığı çox yaxşı bilirik”, - deyə o qeyd edib.*
F.İsazadə