Səhiyyə Nazirliyi $4 mln. 341,298 min məbləğində kimyəvi maddələr, reagentlər, testlər, reaktivlər, laborator analizlər üçün diaqnostik vasitələr alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi 2018-ci ilin fevral ayında «MVV İnstruments» MMC ilə kimyəvi maddələr, reagentlər, testlər, reaktivlər, laborator analizlər üçün diaqnostik vasitələrin satın alınması haqqında müqavilə bağlayıb”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov