2019-cu ildə Azərbaycanda “Əhəmiyyətli memarlıq və mədəni irsə malik şəhərlərdə turizmin təsiri” adlı beynəlxalq forum keçiriləcək. Bunu Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier deyib.
Prezident İlham Əliyev bu gün T.Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bakının tarixi irsin müasirliklə uzlaşdırılmasının gözəl nümunəsi olduğunu deyən T.Vonier təəssüf hissi ilə bildirib ki, bu cür gözəlliklərə malik olan şəhər haqqında dünyada bir o qədər də geniş məlumat yoxdur.*
F.İsazadə