Ekologiya və Təbii Sərvətlər Nazirliyi Samur-Yalama Milli Parkında inzibati binanın və ziyarətçilər üçün mərkəzin tikintisi üzrə podratçı seçir. Bu barədə nazirliyin elanında deyilir.
Seçim açıq tender metodu ilə və Almaniyanın KfW bankının vəsaiti hesabına keçirilir.
Tenderdə tikinti işləri üzrə ixtisaslaşmış, tikinti və ya dizayn sahəsində fəaliyyət üçün lisenziyaya malik olan şirkətlər iştirak edə bilər.
Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar bunlardır: tikinti zamanı istifadə olunan metodologiya və tərkib; bu kimi tikinti işlərinin həyata keçirilməsi təcrübəsi; resurslara malik olma; əməkdaşların peşəkarlığı; xidmətlərə görə təklif olunan qiymət.
Tenderin qalibi sifarişçi ilə müqavilə imzalandıqdan sonra 7 ay ərzində tender üzrə bütün işləri başa çatdırmalıdır.
Tender təklifləri 2018-ci il mayın 14-dək qəbul olunur. Tender proseduru mayın 15-də baş tutacaq.*
N.Abbasova