“Azərsu” ASC məhəllədaaxili və binalarda su təchizatı sistemlərinin yenidənqurulma işlərinin həyata keçirilməsi və məişət sayğaclarının quraşdırılması üzrə podratçılar seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu və bir lot üzrə aparılır.
Tenderdə iştirakın dəyəri 100 manatdır.
Seçimdə qeyd olunan işlərin icrası üçün zəruri maddi və texniki imkanalara malik olan şirkətıər iştirak edə bilərlər.
Tender təklifləri mayın 14-dək qəbul edilir. Tender proseduru mayın 15-də baş tutacaq. **
N.Abbasova