Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarına dair milli standart layihələri hazırlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Bunlar “Orqanik istehsal məhsulu. İstehsal, saxlanma və daşınma şərtləri”, “Orqanik qida məhsulları. Termin və təriflər” və “Orqanik məhsulların istehsalı, emalı, markalanması və etiketlənməsi üzrə rəhbər sənəd” standart layihələridir”, - Komitədən qeyd ediblər.
Standartlar “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə tərəfindən hazırlanıb.
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə tərəfindən
“Hazırda standart layihələri rəy alınması üçün aidiyyəti qurumlara təqdim olunub”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov