Rusiyanın Bakıdakı səfirliyi Azərbaycan hökuməti, respublikada akkreditə olunan diplomatik korpusun nümayəndələrinə, həmçinin sadə vətəndaşlara Kemerovo şəhərində “Зимняя вишня” ticarət-əyləncə mərkəzində faciə ilə əlaqədar başsağlığına görə minnətdarlığını bildirib.
“Səfirlik Azərbaycan hökuməti nümayəndələri, diplomatik missiyaların rəhbərləri və əməkdaşları, ictimai təşkilatları, həmvətənləri, Kemerovo şəhərində “Зимняя вишня” ticarət-əyləncə mərkəzində faciə ilə əlaqədar başsağlığı verən və bu kədəri bizimlə bölüşən hər kəsə minnətdarlığımızı bildiririk”, - səfirliyin məlumatında deyilir. **
F.İsazadə