Bu ilin yanvar-fevral aylarında Azərbaycana 139 ölkədən 352,5 min xarici vətəndaş səfər edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 12,1% artıb. Rusiyadan gələn turistlərin xüsusi çəkisi 29,3%, Gürcüstandan gələnlərin sayı 24,9%, Türkiyədən - 13,8%, İrandan - 8%, BƏƏ-dən - 2,1% artıb”, - Komitədən qeyd ediblər.
Bununla belə, turistlərin 71%-ni kişilər, 29%-ni isə qadınlar təşkil edib.
“İran istisna olmaqla, turist axının əksər hissəsi Fars körfəzi ölkələrinin payına düşüb. Belə ki, Azərbaycana səfər edən Küveyt vətəndaşlarının sayı 6 dəfə, Qətərdən - 2,6 dəfə, Bəhreyn və Səudiyyə Ərəbistanında - 2,5 dəfə, Əmmandan - 1,8 dəfə, İraqdan - 1,7 dəfə, BƏƏ-dən - 1,3 dəfə artıb. Cari ilin yanvar-fevral aylarında Azərbaycana səfər edən İran vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 26,7% azalıb”, - Komitədən qeyd ediblər.
Yanvar-fevral aylarında MDB ölkələrindən Azərbaycana turist axını ötən ilin analoji dövrü ilə müqayisədə 4,6% - 123 min nəfərədək artıb. Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 11,7 min nəfər təşkil edib, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəricisinə uyğundur.
Hesabat dövründə turistlərin 62,8%-i dəmir yolu və avtomobil, 36,3%-i hava, 0,9%-i su nəqliyyatından istifadə etməklə Azərbaycana gəlib.
Statistik məlumatlara əsasən, yanvar-fevral aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6% - 583 min nəfərədək azalıb. Bununla belə, vətəndaşların 32%-i Gürcüstana, 26%-i İrana, 22,4%-i Rusiyaya, 12,6%-i Türkiyəyə, 1,9%-i Ukraynaya səfər edib.
“2018-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 79,2%-i dəmir yolu və avtomobil, 19,8%-i hava, 1%-i su nəqliyyatından istifadə edib”, - Komitədən vurğulayıblar. **
B.Rüstəmbəyov