Bu gün Sabibkarlığa Kömək Milli Fondu (SKMF) Quba-Xaçmaz iqtisadio rayonunda sahibkarlara 1,2 mln. manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Ayrılan kreditlər sayəsində 80-dən artıq yeni iş yeri yaradılacaq”, - məlumatda deyilir.
Kreditlər logistik mərkəzin tikinti layihəsinin reallaşdırılmaı, heyvandarlıq və bağçılığın inkişafına yönəldiləcək.
İndiyədək Quba-Xaçmaz iqtisadfi rayonundan olan sahibkarlara 2500 investisiya layihəsinin reallaşdırılmasına ümumilikdə 189,1 mln. manat güzəştli kredit verilib. **
B.Rüstəmbəyov