2017-ci ildə “Petkim” neft-kimya kompleksi üzrə aparılmış optimallaşdırma tədbirləri nəticəsində $48 mln. vəsaitə qənaət edilib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Ötən il “Petkim” üzrə istehsal prosesləri, tədarük zənciri və digər sahələrdə aparılmış optimallaşdırma tədbirləri nəticəsində $48 mln. vəsaitə qənaət edilib. 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra 2017-ci ilin sonuna kimi “Petkim” şirkətinin xalis mənfəəti 9,2 dəfə, bu şirkətin səhmlərinin dəyəri isə 8,7 dəfə artıb”, - deyə məlumatda bildirilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyəyə səfəri çərçivəsində şirkətin Əliağada həyata keçirdiyi layihələrin gedişi ilə tanış olmaq məqsədi ilə “Petkim” neft-kimya kompleksinə, eləcə də cari ilin sentyabrında istismara veriləcək STAR neft emalı zavoduna baş çəkib.*
B.Rüstəmbəyov