Venesuelanın Azərbaycanda səfirliyi açılıb. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"XİN-in Dövlət Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib”, - deyə məlumatda bildirilir.
Görüşdə P.Flores Venesuela xarici işlər naziri Jorje Arreaza Monzerratın Venesuelanın Bakıda səfirliyinin açılması barədə məktubunu Azərbaycan tərəfinə təqdim edib.
"Görüşdə Qoşulmama Hərəkatının 3-6 aprel tarixlərində Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.*