İqtisadiyyat naziri Şahin Mustafayev Misirlə turizm sahəsində əlaqələrin genişlənməsində birbaşa aviareysin açılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Nazir Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb.
"Ölkələrimiz energetika, ticarət, təhsil, əczaçılıq və s. sahələrdə əməkdaşlıq edir. Misirlə turizm sahəsində əlaqələrin genişlənməsində birbaşa aviareysin açılması məqsədəuyğundur”, - deyə Ş.Mustafayev qeyd edib.
O əlavə edib ki, Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri xanım Sahar Nasrın Azərbaycana dəvət olunub və səfər çərçivəsində biznes forumun təşkil edilməsi planlaşdırılır.
Səfir A.İbrahim ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, Azərbaycanın və Misirin biznes dairələri arasında əlaqələrin genişlənməsində bisnes forum, işgüzar görüş və digər formatlı tədbirlərin önəmini qeyd edib.*