2017-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi 1,8 dəfə artıb, xaricə pul köçürmələri 1,4 dəfə azalıb, köçürmələr üzrə müsbət saldo isə $677,3 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
"Ötən il Azərbaycana pul köçürmələri $1 mlrd. 20,2 mln. təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 1,8 dəfə çoxdur", - deyə məlumatda bildirilir.
Hesabat ilində Azərbaycandan xaricə pul köçürmələri 1,4 dəfə – $342,9 mln.-dək azalıb. Respublikaya pul köçürmələrinin həcminin azalması valyuta rejiminin sərtləşdirilməsi ilə əlaqədardır.
Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə pul köçürmələrinin həcmindən 3 dəfə çox olub.
"Nəticədə 2017-ci ildə pul köçürmələri üzrə müsbət saldo $677,3 mln. təşkil edib", - deyə məlumatda qeyd olunur.*
A.Əzizov