2017-ci ildə Azərbaycandan $2 mlrd. 820,5 mln. məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etidiy tədiyə balansına dair məlumatda qeyd olunur.
AMB 2016-cı ildə kapitalın çıxarılma və xarici kreditlər üzrə ödənişlərin həcmi barədə məlumat dərc etməyib.
"2017-ci ildə Azərbaycandan $2 mlrd. 820,5 mln. məbləğində kapital çıxarılıb", - deyə məlumatda bildirilir.
Bununla belə, ötən ilin I rübündə ölkədən $680 mln., II rübdə $750,8 mln., III rübdə $655,9 mln., IV rübdə $733,8 mln. məbləğində kapital çıxarılıb.
AMB qeyd edir ki, hesabat ilində Azərbaycana birbaşa və portfel sərmayələri, kreditlər qismində $8,4 mlrd. daxil olub.
2017-ci ildə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə $458,9 mln. məbləğində ödəniş ediblər.*
A.Əzizov