2018-ci ilin I rübündə manat dollara qarşı 0,01% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.
Martda manatın dollara qarşı orta məzənnəsi 1,7 AZN/$1 (fevralda 1,7001 AZN/$1) təşkil edib.
2018-ci ilin yanvar-mart aylarında manat avroya qarşı 3,08% ucuzlaşıb. Bununla yanaşı, martda manat avroya nisbətən 0,73% ucuzlaşıb, fevralda isə 1,59% möhkəmlənib.
2017-ci ildə manat avroya nisbətən 4% möhkəmlənib, avroya qarşı 8,9% ucuzlaşıb.
2016-cı ildə manat dollara qarşı 13,6%, avroya qarşı 19,5% ucuzlaşıb.*
A.Əzizov