Aprelin 7-də Kaluqada Azərbaycan Mədəniyyəti Günü keçiriləcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Tədbir Rusiya Sülh Fondu və Azərbaycan Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə Kaluqa vilayətinin Gənclər Mərkəzinin bazasında keçiriləcək", - deyə KİV-lər Gənclər Mərkəzinin mətbuat xidmətinə istinadən qeyd edir.
Aprelin 7-də mərkəzin foyesində tətbiqi yaradıcılıq sərgisi açılacaq. Azərbaycan mətbəxi ilə yaxından tanış olmaq istəyənlər isə yerli təamlardan dada biləcəklər.
"Tədbir Azərbaycan kollektivlərinin iştirakı ilə zəngin konsert proqramı ilə davam edəcək", - deyə məlumatda bildirilir.*
A.Əzizov