2018-ci ilin I rübündə “Azərbaycan Kredit Bürosu” MMC-yə 117,31 min kredit müraciəti daxil olub. Bu barədə Bürodan məlumat verilib.
AKB faktiki olaraq 6 mart 2018-ci il tarixindən fəaliyyətə başlayıb.
“Cari ilin birinci rübündə Büroya borc alanların kredit hesabatına dair 117,31 min müraciət daxil olub. Bununla belə, hesabat dövründə 30 bank Büroya 106,047 min müraciət yönəldib”, - məlumatda qeyd edilir.
Bundan əlavə, 31 BOKT Büroya 11,263 min müraciət ünvanlayıb. **
A.Əzizov