Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Yonq Ho bu həftə Azərbaycana gələcək. Bu barədə Cənubi Koreya mətbuatı xəbər verir.
Məlumata görə, nazir 5-6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında iştirak edəcək.*
F.İsazadə