Rusiya silah tədarükünə dair Ermənistana daha bir dövlət ixrac krediti ayıracaq. Bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır.
“Əvvəlkilərdən fərqli olaraq, yeni kredit faizsiz veriləcək. Bu məqsədlər üçün erməni tərəfi Azərbaycanla sərhəddə yerləşdirəcək yeni “İskəndər” raket kompleksləri alacaq”, - nəşr öz mənbələrinə istinadən bildirir.
Ermənistan Müdafiə Nazirliyində bu məlumatı hələlik şərh etmirlər.
Öncə Rusiya FederasiyasıHərbi-Texniki Əməkdaşlıq üzrə FederalXidmətinin direktor müavini Vladimir Drojjov “İnterfaks”a bəyan edib ki, Rusiya $200 mln. məbləğində ilk kredit üzrə Ermənistana silah tədarükünü başa çatdırıb. **