2018-ci il martın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 508 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-mart aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,2% artıb.
Mart ayında AMB-nin valyuta ehtiyatları 2,2% və ya $121 mln. artıb.
Xəbər verildiyi kimi, 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.**
A.Əzizov