Azərbaycanda banklarhüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyən etmək imkanı əldə edib. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatında deyilir.
“Vergilər Nazirliyi assosiasiyanın bununla bağlı müraciətini müsbət qarşılayıb. Artıq banklar müəssisələrin dövlət müəssisəsi olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin edilib", - deyə məlumatda vurğulanır.
ABA xatırladır ki, nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar dövlət müəssisəsi hesab edilir.*
N.Abbasova