Cari il iyunun 14-dən etibarən Omana məxsus “SalamAir” aviaşirkəti Maskat-Bakı marşrutu ilə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq. Bu barədə muscatdaily.com internet nəşri məlumat verir.
“İyunun 14-dən etibarən “SalamAir” loukosteri Maskatdan Bakıya uçuşların həyata keçirilməsinə başlayır”, - məlumatda qeyd olunur.
Nəşr bildirir ki, bazar ertəsi aviaşirkət sosial şəbəkədə Ramazan bayramında Maskatdan Bakıya səfər etmək arzusunda olanlara məlumat verib ki, uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamları, geriyə reyslər - çərşənbə və cümə günləri həyata keçiriləcək.
Bakı-Maskat marşrutu ilə bir tərəfə biletin qiyməti 57,3 min Oman rialı ($149,03), geriyə isə – 64 min Oman rialı ($166,45) təşkil edir. **
N.Abbasova