Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidentiƏbdülfəttah əs-Sisini bu ölkənin prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib.
“Misir Ərəb Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - dövlət başçısının saytında dərc olunan təbrik məktubunda deyilir. **
B.Rüstəmbəyov