Böyük Britaniyanın “Anglo Asian Mining plc” şirkəti (AAM) respublikada fəaliyyətinin genişləndiriməsi üçün iş həyata keçirir. Bu barədə AAM-dən məlumat verilir.
“Anglo Asian Mining” əlavə layihələrin müəyyənləşdirilməsi məqsədilə Azərbaycanda öz üstünlüyündən fəal istifadə etməyə çalışır, həmçinin qızıl və mis istehsalı üzrə şirkətin orta səviyyəli olması və biznesin genişləndirilməsi məqsədilə ambisiyalarının reallaşdırılması üçün digər imkanlar axtarır”, - məlumatda vurğulanır.
O cümlədən şirkət 2017-ci ildə 71,461 min unsiya qızıl ekvivalenti səviyyəsində faktiki göstəriciyə qarşı 2018-ci ildə 78 mindən 84 min unsiyaya qədər qızıl ekvivalentində hasilat üzrə proqnozları qoruyub. **
N.Abbasova