Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili 4-7 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Z.Pololikaşvili 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisinin açılış mərasimində iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində baş katib mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, habelə digər dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirəcək.*
F.İsazadə