İrəvan “İskəndər” raket komplekslərinin alınması çərçivəsində rusiyalı tərəfdaşları ilə işi davam etdirir. Bunu Ermənistan müdafiə naziri VigenSarkisyan deyib.
“Biz silah tədarükü imkanları ilə əlaqədar, həmçinin maliyyə alətləri çərçivəsində tərəfdaşlarımızla daima işləyirik”, - V.Sarqsyan “İnterfaks”ın həqiqətən mi İrəvan “İskəndər” raket kompleksərinin alınması üçün Rusiyadan üçüncü kreditin ayrılmasını gözləməsinə dair məlumatı təsdiq etməsi xahişinə cavab olaraq bildirib. **