Mingəçevir Şəhər İcra Hakimiyyəti şəhərdə müxtəlif abadlıq işlərinin aparılması üçün ümumilikdə 3 mln. 471,894 min manat məbləğində müqavilələr bağlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Xüsusilə «ATF» MMC ilə Mingəçevir şəhərində avtomobil yollarının asfalt örtüyünün təmiri ilə bağlı işlərin həyata keçirilməsi haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 2 mln. 275,895 min manatdır.
Bundan başqa, şəhərin mənzil fondunda təmir işlərinin aparılması üçün «Palıdlı» MMC ilə 292,999 min manatlıq müqavilə bağlanılıb.
“Mingəçevir-tikinti” MMC ilə bağlanılmış 903 min manatlıq müqavilə üzrə isə Mingəçevirdə abadlıq işləri aparılacaq.*
B.Rüstəmbəyov