ABŞ və Qərbin digər ölkələri İranın nüvə proqramıüzrə HərtərəfliBirgə FəaliyyətPlanının razılıqlarının pozulmasına görə məsuliyyət daşıyacaqlar, baxmayaraq ki, İran öz öhdəliklərinə sadiq qalır. Bunu İranın müdafiəvə silahlı qüvvələrə dəstəknaziri Əmir Hatəmi bəyan edib.
“Biz HərtərəfliBirgə FəaliyyətPlanı üzrə razılıqları kollektiv şəklində beynəlxalq əməksdaşlığın uğurlu nümunəsi hesab edirik. ”Amerika və onun bəzi qərb tərəfdaşları tərəfindən öhdəliklərin həyata keçirilməməsi beynəlxalq arenada etimad mühitinə zərər yetirən amildir”, - Ə.Hatəmi çərşənbə günü Moskvada keçirilən təhlükəsizlik üzrə beynəlxalq konfransda bildirib.
“Biz İranın əımin razılıqlar üzrə öz vəzifələrinə, həm də digər öhdəliklərinə sadiq olduğunu bəyan edirik. Xəbərdarlıq edirəm ki, həmin razılıqları pozan qüvvələr təhlükəsizlik sistemlərində beynəlxalq intizamın pozulmasına görə məsuliyyət daşıyacaqlar”, - nazir vurğulayıb. **