1 aprel 2018-ci il tarixinə Azərbaycanda 3 mln. 607,972 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir, bu da 2017-ci ilin sonuna olan göstəricidən 1% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
“2018-ci ilin birinci rübündə 41,277 min sosial sığorta üzrə fərdi hesab açılıb”, - məlumatda deyilir.
1 yanvar 2018-ci il tarixinə Azərbaycanda 3 mln. 566,745 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır. **
N.Abbasova