28 fevral 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 28 mlrd. 498,8 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci ilin yanvar-fevral aylarında bankların aktivləri 2% artıb.
Fevralın 28-nə bankların kredit portfeli 11 mlrd. 147,2 mln. manat (azalma 1,7%) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 3 mlrd. 885,2 mln. manat (artım 4,7% - İF) təşkil edir.
2018-ci il martın əvvəlinə bankların öhdəlikləri 24 mlrd. 613,6 mln. manata (artım 1,6%), Mərkəzi Bank qarşısında öhdəlikləri 497,5 mln. manata (azalma 2%) bərabərdir.
28 fevral 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət üçün lisenziyaya malikdir. Bu bankların 15-i xarici kapitallıdır.
Fevral ayının sonuna bankların 511 filialı və 143 şöbəsi var.
Azərbaycanın bank sektorunda 16,331 min nəfər (artım 12%) çalışır.*
A.Əzizov