28 fevral 2018-ci il tarixinə əhalinin bank əmanətləri 7 mlrd. 737,2 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında qeyd edilir.
2017-ci ilin sonuna banklarda əhalinin əmanətləri 7 mlrd. 542,5 mln. manat həcmində qiymətləndirilir. Beləliklə, 2018-ci ilin yanvar-fevral aylarında əhalinin bank əmanətləri 2,6% artıb.
Bununla belə, fevralda əhalinin banklardakı əmanətləri 254,7 mlın. manat və ya 3,4% artıb.
28 fevral tarixinə əhalinin bank əmanətləri strukturunda müddətli əmanətlər 5 mlrd. 262,8 mln. manat (yanvar-fevralda artım 1,4% - İF), tələbli əmanətlər 2 mlrd. 474,4 mln. manat (artım 5,1%) təşkil edib.
2018-ci il fevral ayının sonuna banklarda hüquqi şəxslərin depozitləri 9 mlrd. 403,1 mln. manat həcmində qiymətləndirilir (artım 0,5%).
Bütövlükdə, 28 fevral tarixinə banklarda əmanət və depozitlərin ümumi həcmi 17 mlrd. 140,3 mln. manat təşkil edir (artım 1,4%). **
A.Əzizov