İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın region ölkələri, o cümlədən Azərbaycan və Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edir.
"İran Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyə ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Biz bu əlaqələrin inkişaf səviyyəsindən razıyıq və onları daha da dərinləşdirmək niyyətindəyik. Bütün region ölkələri iqtisadi əməkdaşlıqda maraqlıdır. Regionda sülhün inkişafı da bütün ölkələr üçün faydalı olacaq və biz bu istiqamətdə işləyirik”, - deyə M.C.Zərif bu gün Bakıda jurnalistlərə bildirib.
O, Azərbaycanda ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. "Biz (İran və Azərbaycan - İF) çox vacib layihələr: Xəzərdəki yataqların birgə işlənməsi, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin yaradılması və digər layihələr üzərində işləyirik", - deyə iranlı nazir əlavə edib.*
F.İsazadə