“Azərmaş” avtomobil zavodu 2018-ci ildə istehsal olunan avtyomobillərin 20%-ni ixraca yönəltməyi planlaşdırır. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədriEmin Axundov bu gün jurnalistlərə deyib.
“Bu il “Xəzər” brendi ilə 10 min minik avtomobilinin buraxılışını planlaşdırırıq. Onlardan təxminən 2 min avtomobil ixrac olunacaq”, - E.Axundov bildirib.
Onun sözlərinə görə, hazırda MDB ölkələrinə avomobillərin tədarükünə dair danışıqlar aparılır.
“Bu gün istehsal olunan avtomobillərin dəyəri komplektasiyadan asılı olaraq 14-16 min manat təşkil edəcək. Cari ilin sonuna zavoda “Renault” və “Peugeot” brendi ilə avtomobillərin istehsalına başlanacaq. Bu avtomobillər qiyməti bir qədər baha olacaq və 18-21 min manat arası dəyişəcək”, - E.Axundov qeyd edib.
O əlavə edib ki, zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına uyğundur.
Xəbər verildiyi kimi, 2018-ci il martın sonunda “Azərmaş”avtomobil zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri İranın “Iran Khodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir. Zavod Neftçala sənaye məhəlləsində yerləşir.
İlkin mərhələdə müəssisənin yaradılmasına investisiyalar $15 mln. təşkil edib. **
B.Rüstəmbəyov