Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Gilan PİVOT" MMC 2018-ci ilin sonunadək sifarişçilərə 108 avtomatik suvarma sistemi tədarük edəcək. Bu barədə şirkətin icraçı direktoru Ruslan Ələsgərov məlumat verib.
"İlin sonunadək biz 108 irriqasiya sistemi istehsal edərək sifarişçilərə tədarük edəcəyik. Artıq 76 belə sistem tədarük etmişik. Şirkətimiz Amerikanın “Valley Iriqation” şirkəti ilə tərəfdaşlıq edir", - deyə o, bu gün jurnalistlərə bildirib.
İcraçı direktorun sözlərinə görə, 1 ha üçün irriqasiya sisteminin qiyməti $1,05 min - $1,09 mindir.
R.Ələsgərov qeyd edib ki, "Aqrolizinq" ASC 32 irriqasiya sistemi sifariş edib. "Gələcəkdə bu sistemlər lizinq yolu ilə fermerlərə veriləcək", - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, suvarma sistemlərinin istehsalı müəssisəsinin yaradılmasına sərmayə qoyuluşları 1 mln. manat məbləğində qiymətləndirilir.*
B.Rüstəmbəyov