“AzerGold” QSC nəcib metalkülçələrinin inkassasiyası (daşınması) və çatdırılmasıxidmətlərini təqdim edən şirkət seçiminə dair tenderin müddətini mayn 7-dək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Nəcib metalkülçələrinin inkassasiyası (daşınması) və çatdırılmasıxidmətinin satın alınması ilə bağlı elan edilmiş açıq tender üzrə iştirak edən iddiaçıların sayı üçdən az olduğu üçünsənədlərin qəbulu tarixi mayın 7-dək uzadılıb. Tender proseduru mayın 8-də baş tutacaq”, - şirkətdən qeyd ediblər. **
N.Abbasova