2018-ci ilin sonunda Fələstinin Asiya ölkələrinda akkreditə olunmuş səfirlərinin Bakıda illik toplantısının keçirilməsi planlaşdırılır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Cari ilin sonunda Fələstinin Asiyada akkreditə olunan səfirlərinin Bakıda illik toplantısının keçirilməsi planlaşdırılır”, - E.Məmmədyarov cümə axşamı Qoşulamama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Fələstin-İsrail münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olması şərti və iki dövlətin mövcud olması prinsipi ilə dəstəkləyir.
“Əfsuslar olsun ki, Qəəza zolağında gücün tətbiqi narahatklıq doğurur”, - nazir vurğulayıb. **
A.Əzizov