Mayın 22-də “Qala Sığorta” şirkətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
"Şirkətin səhmdarlarının illik ümumi yığıncağı mayın 22-də keçiriləcək. Səhmdarlar 2017-ci ilə dair maliyyə hesabatını təsdiq etməlidirlər", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi 2017-ci ildə “Qala Sığorta” şirkətinin sığorta haqları 10 mln. 914,467 min manat (2016-cı illə müqayisədə artım 2,3 dəfə - İF), xalis zərəri 618 min 908,03 manat məbləğində olub.
Hesabat ilində şirkətin aktivləri 37% - 15 mln. 50,038 min manatadək, öhdəlikləri 2,5 dəfə - 7 mln. 778,119 min manatadək artıb, kapitalı isə 7,9% - 7 mln. 271,919 min manatadək azalıb.*
N.Abbasova